
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan İspaniyanın "Atletik" klubunun futbolçusu Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya edilib.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi ötən mövsüm Avropa Liqasının İngiltərə "Mançester Yunayted"i ilə ilk yarımfinal oyunundan sonra dopinq-test verib və nəticə müsbət olub.
Onun cəza müddəti iyunun 2-dən hesablanıb. Diskvalifikasiya 2026-cı il aprelin 2-də başa çatacaq.
Xatırladaq ki, Yeray Alvares 2016-cı ildən "Atletik"də çıxış edir. O, komanda ilə 2021-ci ildə İspaniya Super Kubokunu, 2024-ci ildə isə İspaniya Kubokunu qazanıb.
"Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.