
“Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, Gəncə təmsilçisi “Turan Tovuz”un 19 yaşlı hücumçusu Sadiq Şəfiyevi mövsümün sonuna qədər icarəyə götürüb.
Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020/21 mövsümündə və ötən mövsümün ikinci yarısında da “Kəpəz”in formasını geyinib.
Gənc hücumçu aşağı yaş qrupları üzrə Azərbaycan millisinin şərəfini qoruyub.