
Cənubi Azərbaycanın "Traktor" komandası Asiya Çempionlar Liqasında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, İran çempionu Birləşmiş Ərəb Əmirliklərinin "Şabab Əl Əhli" komandasının qonağı olub.
Dubay şəhərindəki "Əl Rəşid" stadionunda təşkil olunmuş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 14-cü dəqiqədə "Traktor"un futbolçusu Tomislav Ştrkal açıb. 51-ci dəqiqədə Təbriz komandasının daha bir xorvatiyalı legioneri Domaqoy Drojdek qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılıb.
Meydan sahibləri say üstünlüyündən 65-ci dəqiqədə Gilyermenin qolu ilə yararlanmağı bacarıblar.