
Portuqaliyanın "Benfika" komandasının azarkeşləri Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Qarabağ"a 2:3 hesablı ev məğlubiyyətini kəskin etirazla qarşılayıblar.
Sportnet.az xəbər verir ki, "Da Luj" stadionunu dolduran fanatlar qarşılaşmanın ardından baş məşqçi Brunu Lajini fitə basıblar.
Onlar "İstefa" şüarı səsləndiriblər və etirazlarını ağ dəsmal yelləməklə də nümayiş etdiriblər.
Laji bir müddət meydanın mərkəzində futbolçularla məyus halda qalıb. Daha sonra o, paltardəyişmə otağına yollanıb. Məhz bundan sonra oyunçuların ünvanına alqış sədaları və "Benfika" bizimdir" şüarı səsləndirilib.