
"Qarabağ" Azərbaycan çempionatında klubun sisteminə uyğun gələn legionerlərin düzgün seçimi sayəsində fərqlənir.
Sportnet.az-ın məlumatına görə, bunu veteran futbolçu Vəli Qasımov "Çempionat" nəşrinə açıqlamasında deyib.
Karyerasının son illərində Portuqaliyanın "Setubal" və "İmortal" klublarında çıxış etmiş keçmiş hücumçu Ağdam klubunun uğurlarının sirrini bölüşüb: "Onlar özlərinə lazım olan oyunçuları gətirirlər. Buna görə də lazımi nəticəyə nail olurlar. Futbolçuların komanda sisteminə uyğun seçilməsi çox vacibdir".
Qasımov "Qarabağ"ın Portuqaliyada "Benfika" üzəerində qələbəsini sevindirici xəbər adlandırıb: "Çoxları komandamızdan belə oyun və qələbə gözləmirdi. Görünən odur ki, "Qarabağ" çalışır və böyüyür. Bu, düzgün yolda olan komandanın əməyidir".