
Qazaxıstan "Kayrat"ının UEFA Çempionlar Liqasının Liqa mərhələsində İspaniya "Real Madrid"inə qarşı keçirəcəyi II tur matçının biletləri tam satılıb.
Sportnet.az xəbər verir ki, Almatı klubu "sold-aut" elan edib.
Görüş sentyabrın 30-da Almatıdakı 24 min nəfərlik "Ortalık" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
"Kayrat" klubu stadionun qapılarının oyuna 3 saat qalmış açılacağını bildirərək, azarkeşlərə erkən gəlmələrini tövsiyə edib. Stadiona 3 istiqamətdən girmək mümkün olacaq.
Qeyd edək ki, "Kayrat" ilk turda Portuqaliyada "Sportinq"ə uduzub - 1:4.