
"Qarabağ" və Danimarka "Kopenhagen"i arasında keçirilmiş Çempionlar Liqasının Liqa mərhələsinin ən yaxşı futbolçusu məlum olub.
Sportnet.az xəbər verir ki, UEFA Azərbaycan klubundan Elvin Cəfərquliyevi fərqləndirib.
Avropa futbol qurumunun texniki müşahidəçilər qrupunun qeydlərində bildirilir: "Cəfərquliyev cinah müdafiəçisi mövqeyində etibarlı oyun sərgilədi, rəqibə bir qol belə vurmaq imkanı vermədi, habelə, "Kopenhagen"i bağlayaraq, öz komandası üçün qol vəziyyətləri yaratdı".
Qeyd edək ki, "Qarabağ" "Kopenhagen"ə 2:0 hesabı ilə qalib gəlib. Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə yendiyi ilk tur matçının ən yaxşısı Azərbaycan komandasının digər futbolçusu Pedro Bikalyo olub.