
Nigeriya millisinin təyyarəsi Anqolanın paytaxtı Luandada təcili eniş edib.
Sportnet.az-ın məlumatına görə, bu, CAR-ın Polokvane şəhərindən qayıdarkən baş verib.
Son təyinat nöqtəsi Nigeriyanın Uyo şəhəri olmalı idi. Hava gəmisi Anqolada əlavə yanacaq doldurmaq üçün dayanıb və daha sonra futbolçuların vətəninə uçuşu davam etdirib. Lakin 25 dəqiqə sonra təyyarə Luandaya geri qayıdıb.
Dönüşə səbəb kimi təyyarənin alın şüşəsində ciddi çatın əmələ gəlməsi göstərilib.
Göyərtədə olan oyunçular, rəsmi şəxslər və hökumət rəsmiləri təyyarəni tərk ediblər və aviaşirkətin yaranmış vəziyyətə operativ reaksiyasını gözləyiblər.
Qeyd edək ki, heyətində Türkiyə "Qalatasaray"ının ulduzu Viktor Osimhenin də olduğu Nigeriya millisi DÇ-2026-nın Afrika zonası üzrə seçmə oyununda səfərdə Lesotonu məğlubiyyətə uğradıb - 2:1.