
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-in müntəzəm çempionatında bombardir olub.
Sportnet.az xəbər verir ki, mövsümün son oyununda "Neşvilla" ilə qarşılaşan "İnter Mayami" 5:2 hesabı ilə qalib gəlib.
Qarşılaşmada Messi het-trik edərək, komandasının qələbəsində əsas rol oynayıb.
Bununla da o, 29 qolla çempionatın bombardiri adını qazanıb.
"İnter Mayami" Şərq Konfransında üçüncü yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb.