
İspaniyanın "Atletik" klubunun futbolçusu Emerik Lyaport La Liqada IX turun "Elçe"yə qarşı səfər matçından əvvəl zədələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə qolsuz heç-heçə ilə yekunlaşmış qarşılaşmanın ardından Bilbao komandasının baş məşqçisi Ernesto Valverde açıqlama verib.
61 yaşlı mütəxəssis bildirib ki, fransalı mərkəz müdafiəçisini həmin anda əvəzləmək ən yaxşı addım olub.
Yerini Aytor Paredesə verən Lyaportun zədəsinin ciddilik dərəcəsinə hələlik aydınlıq gəlməyib.
Bu matçda Niko və İnyaki Uilyams qardaşları meydana fasilədən sonra - 46-cı dəqiqədə daxil olublar. Valverde bildirib ki, bu qərarı "Qarabağ"la oktyabrın 22-də keçirəcəkləri Çempionlar Liqasının III və "Xetafe" ilə oktyabrın 25-də La Liqanın X tur matçı ilə əlaqədar deyil: "Nəzərə almaq lazımdır ki, Niko zədədən sonra 1,5 gün, İnyaki isə 2,5 gün məşq etmişdi. Ona görə də Uilyams qardaşlarının bütün oyun boyunca meydanda qala bilməyəcəklərini düşünərək, start heyətdə Aleks Berenger və Oyan Sanseti buraxdım. Nə çərşənbə, nə də şənbə oyununu fikirləşdim".
Qeyd edək ki, "Atletik" və "Qarabağ" arasındakı qarşılaşma "San Mames" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.