
"Sanderlend" İngiltərə Premyer Liqasında klub rekorduna imza atıb.
Sportnet.az xəbər verir ki, komanda buna VIII turda "Vulverhempton"a 2:0 hesabı ilə qalib gəlməklə nail olub.
Klub, tarixində birinci dəfə çempionatın ilk dörd ev matçında 10 xal qazanıb.
"Qurdlar" "Vest Hem" (3:0), "Brentford"u (2:1) da məğlub edib, "Aston Villa" ilə heç-heçə edib - 1:1.
Qeyd edək ki, "Sanderland" 8 turdan sonra 14 xalla yeddinci pillədə qərarlaşıb.