"Qarabağ" komandası İspaniya "Atletik"i ilə keçirəcəyi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçı üçün Bilbao şəhərinə yola düşüb.
Sportnet.az-ın məlumatına görə, səfərə çarter reysi ilə yollanan təyyarədə komandanın bütün heyət üzvləri yer alıb.
Hətta adı Çempionlar Liqasının iştirak ərizəsində olmayan Ramil Şeydayev də yer alıb.
Baş məşqçi Qurban Qurbanov jurnalistlərə açıqlamasında futbolçulardan Musa Qurbanlının zədəli olduğunu söyləyib. Onun sözlərinə görə, Marko Yankoviç bugünkü məşqdə sonadək iştirak etməyib, amma həkimlər hər şeyin qaydasında olduğunu bildiriblər.
Qeyd edək ki, sabah "San Mames" stadionunda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və futbolçulardan birinin iştirakı ilə mətbuat konfransı, eləcə də ilk 15 dəqiqəsi açıq olan məşq olacaq. Oyun isə oktyabrın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

































































































