
İspaniyada "Atletiko" və "Qarabağ" atasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçı hər iki tərəf üçün ağır keçəcək.
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan komandasının futbolçusu Kevin Medina qarşılaşmadan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
O, hazırlıqlarının yalnız Niko və İnyaki Uilyams qardaşlarına deyil, bütövlükdə “Atletik” komandasına qarşı olduğunu bildirib: "Onlar klubun simalarıdırlar, amma biz təkcə onlara qarşı oynamırıq. Sabah bütün komandaya qarşı ciddi mübarizə aparmaq üçün hazırıq”.
Qeyd edək ki, oktyabrın 22-də Bilbao şəhərindəki "San Mames" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.