
İspaniyada "Atletik" və "Qarabağ" arasındakı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III tur matçında mübahisəli epizod baş verib.
Sportnet.az-ın məlumatına görə, 73-cü dəqiqədə Azərbaycan təmsilçisinin futbolçusu Mateus Silva rəqibin cərimə meydançası daxilində kobud oyunla üzləşib.
Lakin xorvatiyalı baş hakim İqor Payaç penalti təyin etməyib. O, VAR-a da baxmadan belə qərar verib.
Qeyd edək ki, hazırda "Atletik" hesabda öndədir - 2:1.