
İspaniyanın “Atletik Bilbao” komandasının baş məşqçisi Ernesto Valverde UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Qarabağ” üzərindəki qələbəni dəyərləndirib.
Sportnet.az xəbər verir ki, ispaniyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını şərh edib.
“Qarabağ” erkən qolla hesabı açsa da, mən sakit idim. Vacib idi ki, oyundan düşməyək və hücumda ikinci şanslar yarada bilək. Bunu böyük ölçüdə bacardıq. Fasilədən əvvəl vurduğumuz bərabərlik qolu bizim üçün həlledici oldu”, - deyən Valverde bu qələbəni “bərpaedici” adlandırıb: “Bu, bizim üçün psixoloji baxımdan önəmli idi. Artıq 0 xalla qalmaq hissindən qurtulduq. Dortmunddakı məğlubiyyətdən sonra yaxşı təsir bağışladıq və çoxlu qol fürsətləri yaratdıq”.
Təcrübəli baş məşqçi bildirib ki, komandasına qolla nəticələnən epizodlarda bir qədər sakitlik və soyuqqanlılıq çatmayıb: “Bəli, emosiyalar bizi irəli aparırdı, amma bəzən qərarlarda tələskənlik oldu”.
Valverde həmçinin bildirib ki, İnaki Uilyamsın vəziyyətinə sabah baxacaqlar.