Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki köməkçilərini Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki ilk oyunlarına göndərəcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssisin göstərişi əsasında Mahmud Qurbanov "Hafnarfyordur” (İslandiya) – "İnter” matçını izləyəcək.
Draqan Spaşiç isə "Çukariçki" (Serbiya) - "Qəbələ" oyununda olacaq.