Türkiyə millisinin qapıçısı Berke Özer Fransa "Lill"inin heyətində UEFA Avropa Liqasındakı növbəti oyununda da penalti dəf edib.
Sportnet.az-ın məlumatına görə, bu dəfə 25 yaşlı qolkiper Yunanıstan PAOK-una qarşı III tur matçında fərqlənib.
O, 71-ci dəqiqədə Andriya Jivkoviçin zərbəsini qaytarıb. Bununla belə, Özer PAOK-un 4:3 hesablı qələbəsinə əngəl ola bilməyib.
Qeyd edək ki, Berke Özer oktyabrın 2-də Avropa Liqasında "Lill"in "Roma"ya qarşı İtaliyadakı II tur oyunu zamanı təkrarlanmasına rəğmən, ardıcıl 3 penaltini dəf edib.





































































