Niderlandın pivə istehsalçısı "Heineken" UEFA Çempionlar Liqası ilə 30 illik əməkdaşlığına 2027-ci ildə son qoyacaq.
Sportnet.az-ın məlumatına görə, şirkət Formula 1-in sponsoru olmağa davam edəcəyini açıqlayıb.
Eyni zamanda "Heineken" stolüstü tennis seriyalarına dəstək olacaq.
Çempionlar Liqasının pivə sponsoru isə "Budweiser" olacaq. Bu şirkətlə 6 illik müqavilə üzərində işlənilir. Sözləşmə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasını əhatə edir və UEFA-ya illik 200 milyon avro gəlir təminatı verir.








































































