Fransa millisinin və İspaniya "Real Madrid"inin futbolçusu Orelyen Tçuameni sıradan çıxıb.
Sportnet.az "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İngiltərə "Liverpul"una 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçında xəsarət alıb.
Tibbi müayinədən sonra onun sol ayaq baldırının əzələsində xəsarət aşkarlanıb. Tçuameni Ukrayna və Azərbaycan yığmalarına qarşı 2026-cı il dünya çempionatının seçmə matçlarında iştirak etməyəcək.
Qeyd edək ki, Ukrayna ilə görüş noyabrın 13-də Parisdəki "Park de Prens" stadionunda, Azərbaycanla matç isə noyabrın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Tçuameni Azərbaycana qarşı Parisdəki ilk qarşılaşmada cəza üzündən forma geyinməmişdi.












































































