Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevin İmişlidəki Cüdo Təlim Mərkəzinə baxış keçirdiyi vaxt eyniadlı klubun icraçı direktoru Aqşin Mürsəlovun da onun yanında olması maraq doğurub.
Sportnet.az bununla əlaqədar kiçik araşdırma aparıb.
Məlum olub ki, Mürsəlov həm də İmişli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktorudur. İmişli Cüdo Təlim Mərkəzi də məhz bu məktəbin nəzdində fəaliyyət göstərir. Mərkəzin açılışı sentyabrın 25-də gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə gerçəkləşib.
Qeyd edək ki, "İmişli" Azərbaycan Premyer Liqasında bu mövsüm debüt edib. Komanda hazırda 12 xalla 9-cu yerdə gedir.











































































