Peşəkar Futbol Liqasının (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Sportnet.az xəbər verir ki, Hacı-Məhərrəmov UEFA Çempionlar Liqasında Liqa mərhələsinin “Ayntraxt” (Almaniya) - “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 26-da baş tutacaq.













































































