"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-göylər" Yusif İmanovu heyətinə qatıb.
23 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Yusif İmanov son olaraq Kosovonun "Malişevo" klubunun formasını geyinib.












































































