“Rəqib güclü komandadır. Bilirik ki, İtaliyada çempion olublar. Çox maraqlı görüş olacaq. Öz oyunumuzu göstərəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Marko Yankoviç İtaliyada "Napoli"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib.
Monteneqrolu yarımmüdafiəçi bildirib ki, məqsəd bacardıqlarının maksimumunu nümayiş etdirməkdir: "Ümumiyyətlə, böyük komandalarla görüşlərdə qələbə də, məğlubiyyət də, heç-heçə də ola bilər. Görək, sabah necə olacaq. Biz çalışacağıq. Əlbəttə, çətin olacaq. “Napoli” öz meydanında oynayır. Bizim də iddialarımız var. Yeddi xala malikik və bununla göstəririk ki, böyük komandalara qarşı da oynaya bilərik. Ümid edirəm ki, sabah da yüksək nəticə qazana bilərik”.
Yankoviç daha əvvəl İtaliyanı SPAL və "Krotone" komandalarının heyətində "Napoli"yə qarşı oynamasının xatırladılmasına cavab olaraq, vurğulayıb ki, pandemiyadan əvvəlki və indiki komanda fərqlidir: "Onlar İtaliya çempionudurlar, möhtəşəm oyunçuları var. Həmişə güclü komanda olublar. Bu gün müəyyən fərqlər var. Bizim hədəfimiz isə yaxşı oyun göstərməkdir".
Qeyd edək ki, noyabrın 25-də Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.














































































