UEFA Çempionlar Liqasında Liqa mərhələsinin V tur matçında İtaliyada üz-üzə gələcək "Napoli" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, kollektivlər oyuna aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Napoli": 32. Vanya Milinkoviç-Saviç, 4. Alessandro Buoncorno, 13. Amir Rrahmani, 31. Sam Byokema, 17. Matias Olivera, 8. Skott Maktominey, 68. Stanislav Lobotka, 22. Covanni Di Lorentso, 70. Noa Lanq, 7. David Neres, 19. Rasmus Höylund
Ehtiyat oyunçular: 14. Nikita Kontini, 25. Matias Ferrante, 5. Juan Jezus, 20. Elif Elmas, 21. Matteo Politano, 26. Antonio Verqara, 27. Lorentso Lukka, 69. Cüzeppe Ambrozino
Baş məşqçi: Antonio Konte
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (kap.). 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina
Ehtiyat oyunçular": 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 9. Coni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, bu gecə Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.











































































