Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XIII turuna təsadüf edib.
“Karvan-Yevlax”la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından Ağdam komandasının sükanı arxasında olan Qurbanovla kollektiv 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran klub 631 top buraxıb.
Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.
Qeyd edək ki, Qurban Qurbanov “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın “Bakılı” ilə görüşündə onun komandası 2:1 hesablı qələbə qazanıb.







































































