AFFA Hakimlər Departamentinin rəhbərliyində dəyişiklik baş verib.
Bu barədə Sportnet.az-ın sorğusuna cavab olaraq, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Murad Axundov məlumat verib.
Axundovun sözlərinə görə, Ömər Paşayev Hakimlər Departamentinin sədri vəzifəsindən istefa verib və yerinə Bəhruz Teymurov təyin olunub.
Qeyd edək ki, Teymurov bu təyinatadək Paşayevin müavini idi. Əvvəllər isə o, Milli Məclisin deputatı Nigar Arpadarainin köməkçisi kimi çalışıb.





































































