Akademiya rəhbərliyi ilə keçirilən geniş müzakirələrdə inkişaf modeli, daxili strukturun optimallaşdırılması və istedadlı futbolçuların hazırlanması üzrə prioritet istiqamətlər dəyərləndirilib. Tibbi, qapıçı və fiziki hazırlıq üzrə mütəxəssislərlə ayrıca görüşlər təşkil edilərək futbolçuların sağlamlıq göstəriciləri, peşəkar hazırlıq standartları və tətbiq olunan metodikalar təhlil olunub.
İnfrastruktur obyektlərinə baxış zamanı klubların mövcud potensialı qeydə alınıb, yeni inkişaf mərhələsinə keçid üçün cari imkanlar qiymətləndirilib. SMM və hüquq komandaları ilə aparılan müzakirələr isə sosial layihələrin gücləndirilməsi və ictimai fəaliyyətin effektivliyinin artırılmasına yönəlib. Klubların rəy və təklifləri AFFA tərəfindən qeydiyyata alınıb.