"Komandamı, "Sabah" ailəsini təbrik qələbə münasibətilə edirəm. Çox önəmli qalibiyyətdir. Buna ehtiyacımız var idi. Düzdür, daha yaxşı oynaya bilərdik. Matçın sonlarına yaxın bir az əziyyət çəkdik. Futbolçularıma təşəkkür edirəm. Onlar son aylarda çox inkişaf ediblər. İstirahətə yollanacağıq. Yeni ildən sonra mövsümün ikinci yarısına hazırlaşacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.
Daha sonra litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Uzun illərdən sonra Premyer Liqada qış çempionu dəyişdi. Bunu nəyin hesabına bacardınız?
- Hələ mövsümün yarısının olması üçün qarşıda bir oyun var. "Qarabağ" çox yaxşı komandadır, məşqçi komandasıdır, Avropada səs-küy yaradıblar. Onların uğurlarını əldə etmək üçün çox inkişaf etməliyik. Biz sadəcə qarşıdan gələn oyunu düşünürük. Hazırda lider olmaq bizə heç bir medal qazandırmır. Böyük uğurlar qazanmaq üçün çox çalışmaq lazımdır.
- "Neftçi" ilə matçdan sonra demişdiniz ki, bizi "Turan Tovuz" və "Qarabağ"la çətin oyunlar gözləyir. Həmin vaxt "Sumqayıt"ın adını çəkməmişdiniz. Maraqlıdır, onlarla oyunun asan olacağını düşünürdünüz?
- Bəlkə də yanlış anlaşılma olub. Həmişə qeyd etmişəm ki, mənim üçün qarşıdan gələn oyun ən önəmlisidir. Hər matçdan sonra məndən "Qarabağ" barədə soruşursunuz. Hazırda məni ən çox düşündürən oyun gələn il yanvarın 25-də "Karvan-Yevlax"a qarşı əzmkar keçirəcəyimiz matçdır.
- Oyunun əvvəlində dron çəkilişinə icazə vermədiniz. Bunun səbəbi nə idi?
- Bilmirəm nə deyim. Bura oyun barədə danışmağa gəlmişəm.








































































