
Kubanın sabiq lideri Fidel Kastro Lionel Messini göylərə qaldırıb. Sportnet.az-ın məlumatına görə, "Azadlıq adası"nın Federal Kanalında yayımlanan verilişdə 87 yaşlı Kastronun yaxın dostu - əfsanəvi futbolçu Dieqo Maradona onun çıxışını oxuyub.
Argentina xalqına məşhurluq gətirdiyini bildirən Kubanın keçmiş dövlət başçısı, İspaniyanın "Barselona" klubunun liderinin əla idmançı olduğunu bildirib: "O alicənab Argentina xalqının parlaq nümayəndəsidir. Messiyə salamlarımı çatdırıram".