
"Qarabağ"ın Monteneqroda "Rudar"la keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsindəki cavab oyunu canlı yayımlanacaq. Ağdam klubundan Sportnet.az-a verilən məlumata görə, yayımla bağlı texniki problemlər artıq yoluna qoyulur.
Görüşü "İdman Azərbaycan" ekranlara gətirəcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.