"Turan Tovuz" və futbolçu Abdulla Rzayevlə bağlanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə əsasında çıxış edən futbolçu müqavilə ilə məxsus olduğu "Sabah" klubuna qayıdıb.
Rzayevə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında və şəxsi həyatında uğurlar arzulayıb.















































































