İngiltərə “Nyukasl”ının baş məşqçisi Eddi Hau Liqa Kubokunda "Mançester Siti"yə qarşı keçirəcəkləri yarımfinal mərhələsinin cavab oyunu ərəfəsində zədəli futbolçuların durumu barədə açıqlama verib.
Sportnet.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Luis Maylinin fevralın 4-də səfərdə keçirəcəkləri cavab görüşündə iştirakının böyük sual altında olduğunu açıqlayıb.
Hau hazırkı kapitan Bruno Gimaraeşin də bu oyunda komandaya kömək edə bilməyəcəyini söyləyib: “Bruno yaxşı vəziyyətdədir, amma düşünmürəm ki, bu oyuna hazır olsun. Həftəsonu oynama ehtimalı var”.
Baş məşqçi Sven Botmanın vəziyyətinin normal olduğunu, lakin Luis Maylinin də “Mançester Siti” ilə görüşü buraxmasının mümkünlüyünü qeyd edib.
Qeyd edək ki, Liqa Kubokunun hazırkı sahibi ilk oyunda “Sent-Ceyms Park”da 0:2 hesabı ilə uduzub. "Sağsağanlar" finala yüksəlmək üçün iki top fərqini aradan qaldırmağa çalışacaq.















































































