Səudiyyə Ərəbistanının Pro Liqasında XXI turun “Əl-Ohdud” - “Əl-Hilal” matçı başa çatıb.
Sportnet.az xəbər verir ki, Nəcran şəhərindəki “Şahzadə Hatlul” stadionunda oynanılan qarşılaşmada qonaqlar böyük hesabla qalib gəliblər - 6:0.
Görüşün 31-ci dəqiqəsində hesabı “Əl-Hilal”ın hücumçusu Kərim Benzema açıb. 60-cı dəqiqədə fransalı futbolçu dubla imza atıb, 64-cü dəqiqədə isə o, het-trik edib.
70-ci dəqiqədə Malkom dördüncü qolu vurub. 75-ci dəqiqədə yarımmüdafiəçi Salem Əl-Davsari fərqlənib. Oyuna əlavə olunmuş 90+3-cü dəqiqədə isə Əl-Davsari dubla imza atıb.
Bu qələbədən sonra “Əl-Hilal” 20 oyundan 50 xal toplayaraq turnir cədvəlinin lideri mövqeyində qərarlaşıb. “Əl-Ohdud” isə 10 xalla 17-ci pillədə yer alıb.
Qeyd edək ki, bu, Kərim Benzemanın "Əl-Hilal"ın heyətində debüt matçı olub.









































































