"Qarabağ" İngiltərədə "Nyukasl"la UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib.
Sportnet.az xəbər verir ki, Azərbaycan klubu biletlərin bu gün saat 15:00-dan satışda olacağını açıqlayıb.
Qeyd edək ki, fevralın 24-də "Sent Ceyms Park"da keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk görüş isə fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 21:45-də başlanacaq.
















































































