"Araz-Naxçıvan" heyətini heyətini yeni futzalçı ilə gücləndirib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Elan Delon Pereyra da Silva ilə müqavilə imzalanıb.
Elan 14 avqust 2001-ci ildə Braziliyanın Pinyan şəhərində doğulub. O, karyerası ərzində Pumas-SE, União Bahia-BA, Avstriyanın Göfis və Tacikistanın Soro Kompaniya klublarında çıxış edib.











































































