Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin 4 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, ilk matçda iki iddialı komanda üz-üzə gəlib.
"Baku Fire"lə matçın ilk yarısı gərgin keçsə də, “Araz-Naxçıvan” ikinci hissədə oyunun taleyini həll edib.
Digər oyunlarda Yüksək Liqa təmsilçiləri olan “Neftçi” və “Lənkəran” asanlıqla qalib gəlib.
Günün son dueli - "Xan-Lənkəran" – "Dəstə Ordubad" matçı isə gərginliyi ilə yadda qalıb. Nominal qonaqlar ardıcıl 2 qol vursa da, meydan sahibləri qələbə qazanmağı bacarıb.
Beləliklə, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Lənkəran” və “Xan-Lənkəran” ¼ finala vəsiqə qazanıb.
"Baku Fire" – "Araz-Naxçıvan" - 1:5
"Neftçi İK" – "Trabzon Azərbaycan" - 14:3
"Lənkəran" – "Atletiko Baku" - 17:3
"Xan-Lənkəran" – "Dəstə Ordubad" - 6:3
Mərhələnin qalan 4 oyunu isə fevralın 15-də Olimpik Starda keçiriləcək.
15 fevral
14:00. "Ulduz" - "Baku Fire-2"
Hakimlər: İmran Məhərrəmov, Ramil Namazov, Hidayət Feyzullayev
Hakim-inspektor: Murad Məmmədov
16:00. U-19 - "Yeni Suraxanı"
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov
Hakim-inspektor: Elçin Səmədli
18:00. "STAR Kargo" – "Şuşa"
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hidayət Feyzullayev
Hakim-inspektor: Azad Hüseynov
20:00. "Timsport" - PFL
Hakimlər: Əli Cəbrayılov, Mahir Məmmədov, Vüsal Balaşov
Hakim-inspektor: Əfqan Həmzəyev.












































































