"Təzyiqlə bağlı çox fikirləşmirəm. Oyunumuza daha çox fokuslanmaq istəyirik. Sabah çox ciddi sınağa çıxacağıq. Əsas məsələ sabitlikdir. Ondan sonra vəziyyət özü-özünü tənximləyəcək".
Sportnet.az-ın məlumatına görə, bunu İngiltərə "Nyukasl"ının futbolçusu Antoni Elanqa Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
İsveçli hücumçu bildirib ki, "Qarabaö" qeyri-adi komandadır, güclü kollektivi var: "Oyuna çox ciddi hazırlaşmışıq. Rəqibin də ambisiyalarının böyük olduğunu bilirik. Amma biz də qarşımızdakı səddi adlamaq niyyətindəyik".
24 yaşlı vinger Azərbaycan təmsilçisinin Çempionlar Liqasında 24-lüyə düşməsindən təəccüblənmədiyini bildirib: "Bakıda "kopenhagen" və "Çelsi" ilə oyunlar diqqətimi çəkdi. Bilirəm ki, asan olmayacaq. Özüm 3 il əvvəl Osveç yığmasının heyətində Bakıda oynamışam. Lakin oyunlar fərqlidir. Sabah imkan olacaq ki, özümüzü göstərək. Əlimizdən gələni edəcək, azarkeşlərimizi sevindirməyə çalışacağıq".
O, öz üzərində işləməyi qarşısına hədəf qoyduğunu da diqqətə çatdırıb.













































































