Türkiyənin "Qalatasaray" komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib İtaliya "Yuventus"u olub.
İstanbuldakı "Rams Park"da təşkil olunmuş qarşılaşma "Qalatasaray"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:2.
Hesabı 15-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Qabriel Sara açıb. Lakin cəmi bir dəqiqə sonra Tyon Kopmeyners bərabərlik qolunu vurub. 32-ci dəqiqədə isə o, "Yuventus"u hesabda önə çıxarıb.
Fasilədən sonra "sarı-qırmızılar" möhtəşəm geridönüş etməyi bacarıblar. 49-cu dəqiqədə Noa Lanq hesabı bərabərləşdirib. 60-cı dəqiqədə Davinson Sançes istanbulluları önə çıxarıb.
67-ci dəqiqədə "Yuventus"un futbolçusu Xuan Kabal birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
Say üstünlüyündən yararlanan "Qalatasaray" Lanqın 75-ci, Saşa Boenin 86-cı dəqiqədə vurduğu qollarla "Yuventus"u darmadağın edib.
Cavab görüşü fevralın 25-də keçiriləcək.













































































