Portuqaliyanın "Benfika" komandasının baş məşqçisi Joze Mourinyo növbəti qalmaqalla yadda qalıb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis evdə "Real Madrid"ə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda meydançadan qovulub.
O, 85-ci dəqiqədə "kral klubu"nun futbolçusu Vinisius Juniora "Benfika"nın oyunçusuna qarşı kobud oyunu səbəbindən ikinci sarı vərəqə tələb edib. Tələbini sərt formada çatdıran Mourinyo önündə əvvəlcə sarı, etirazını davam etdirincə qırmızı vərəqə görüb.
Qeyd edək ki, hazırda "Real Madrid" hesabda öndədir - 1:0. Yeganə qolu 50-ci dəqiqədə Vinisius Junior vurub. Bu qoldan sonra braziliyalı hücumçu sevincini künc nöqtəsi tərəfdə rəqslə qeyd edərkən, tribunalardan irqçi şüarlar səslənib. Nəticədə oyun 9 dəqiqə dayanıb.














































































