AFFA-nın prezidenti Rövşən Nəcəf "Qarabağ"ın baş məşqçisi və İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanovu təbrik edib.
Sportnet.az-ın məlumatına görə, təbriklər UEFA Çempionlar Liqasında “Qarabağ”ın bu mövsüm qazandığı uğurlar münasibətilə ünvanlanıb.
AFFA prezidenti bu nəticələrin Azərbaycan futbolunun beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini vurğulayıb.
Qurbanov isə öz növbəsində, Nəcəfə UEFA Çempionlar Liqasının topunu hədiyyə edib.







































































