Azərbaycan Premyer Liqasında XXII turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" və "Zirə" komandaları üz-üzə gəlib.
Baş hakim Rauf Cabarovun idarə etdiyi oyun qonaqların qələbəsi ilə başa çatıb. Yeganə qolu 68-ci dəqiqədə Ayron Qomis vurub.
Bununla da xalını 38-ə çatdıran "Zirə" 4-cü pilləyə möhkəmlənib və 5-ci yerdə gedən "Araz-Naxçıvan"dan 5 xal aralanıb.
Qeyd edək ki, XXII turun açılış oyununda "Kəpəz" "Sumqayıt"ı məğlubiyyətə uğradıb - 3:0. Turun qalan oyunları 28 fevralda və 1 martda keçiriləcək.
-------------------------
Azərbaycan Premyer Liqasında XXII turun ilk oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda "Kəpəz" və "Sumqayıt" komandaları üz-üzə gəlib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş Gəncə təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qolların hamısı ilk yarıda vurulub. Artıq 2-ci dəqiqədə Ryonosuke Ohori hesabı açıb. 19-cu dəqiqədə Luis Paçu fərqi artırıb. 40-cı dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirərək, "dubl" edib və Premyer Liqada qol sayını 5-ə çatdırıb.
Fasilədən sonra hesab dəyişməsə də, "Sumqayıt" azlıqda qalıb. 62-ci dəqiqədə Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqəni alaraq, meydançadan qovulub.
Bununla da xalını 16-ya çatdıran "Kəpəz" 10-cu pilləyə yüksəlib. "Sumqayıt" isə 31 xalla 6-cı yerdə gedir.
-----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun ilk oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, Yevlax şəhər stadionunda təşkil olunacaq açılış matçında "Kəpəz" və "Sumqayıt" komandaları üz-üzə gələcək.
Saat 14:30-da başlanacaq görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək.
Hazırda "Kəpəz" 21 oyundan 13 xalla 11-ci, "Sumqayıt" 31 xalla 6-cı yerdə gedir. Qələbə qazanacaq komanda turnir cədvəlində 1 pillə irəliləyəcək, heç-heçə isə hər iki kollektivi öz mövqelərində saxlayacaq.
İndiyədək tərəflər 33 dəfə qarşılaşıblar. Bunların 8-də "Kəpəz", 14-də "Sumqayıt" qələbə qazanıb, 11 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "gənclik şəhəri" təmsilçisinin üstünlüyü var - 43:30. “Kəpəz” evdəki son 4 görüşdə uduzmayıb. Axırıncı 5 matçda qonaq olan komanda qol vurmayıb.
Saat 18:00-da başlanacaq günün digər matçında "Araz-Naxçıvan" "Zirə"ni qəbul edəcək. "Liv Bona Dea Arena"da baş tutacaq matça keçmiş FIFA referisi Rauf Cabarov təyinat alıb.
Hazırda Naxçıvan klubu 33 xalla 5-ci, qəsəbə təmsilçisi 35 xalla 4-cü yerdə gedir. "Araz-Naxçıvan" qələbə qazansa, "Zirə"ni keçərək, 1 pillə irəliləyəcək.
Bu, iki kollektiv arasında 10-cu görüş olacaq. Əvvəlki 9 matçda qələbə və heç-heçə sayı bərabər şəkildə bölünüb. Lakin topların nisbətində "Zirə"nin üstünlüyü var - 7:5. "Qartallar" axırıncı 3 görüşdə uduzmayıb. Son 6 qarşılaşmada 2-dən çox qol vurulmayıb.
Azərbaycan Premyer Liqası, XXII tur
27 fevral (cümə)
14:30. “Kəpəz” – “Sumqayıt” - 3:0
Qollar: Ryonosuke Ohori, 2; Luis Paçu, 18; 39 (pen.)
Sarı vərəqələr: Mahamadu Ba, 13 (qeyri-idman hərəkəti); Yusif İmanov, 45+3 (qeyriidman hərəkəti) - Emil Mustafayev, 35 (qeyri-idman hərəkəti); Nikola Ninkoviç, 45+3; 62 (qeyri-idman hərəkəti); Nadir Orucov, 56 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Nikola Ninkoviç, 62
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax şəhər stadionu, 300 tamaşaçı
“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev (23. Fərid Kələntərov, 78) 11. Rəhman Hacıyev (6. Camal Cəfərov, 78) 9. Luis Paçu (21. Sadiq Şəfiyev, 67) 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba (99. Əli Səmədov, 58) 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori (17. Ümid Səmədov, 78)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev
Baş məşqçi: Azər Bağırov
“Sumqayıt”: 1. Mehdi Cənnətov 7. Rüstəm Əhmədzadə (24. Sənan Muradlı, 75) 29. Emil Mustafayev (11. Aleksa Yankoviç, 46) 8. Səbuhi Abdullazadə (k) 75. Nadir Orucov 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badolo (21. Nihad Əhmədzadə, 66) 33. Danilo Beskorovaynıy 71. Masaki Murata (95. Nsana Simon, 46) 80. Keffel Resende (97. Vüsal Paşayev, 66)
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 3. Höccət Haqverdi 37. Nihad Orucəli 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç
18:00. “Araz-Naxçıvan” – “Zirə” - 0:1
Qol: Ayron Qomis, 68
Sarı vərəqələr: Nuno Rodriqes, 64 (qeyri-idman hərəkəti); Coşqun Diniyev, oyundan sonra (hakimin qərarına etiraz) - Rikardo Martins, 82 (qeyri-idman hərəkəti); Ceyhun Nuriyev, 90+2 (qeyri-idman hərəkəti); Ange Mutsinzi, 90+3 (qeyri-idman hərəkəti)
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“Liv Bona Dea Arena”, 60 tamaşaçı
“Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov (77. Bruno Franko, 66) 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov (14. Ülvi İsgəndərov, 78) 16. Ramon Maçado (11. Ba-Muaka Simakala, 46) 6. Patrik Andrade 7. Hamidu Keyta (70. Şarl Boli, 66) 10. Felipe Santos 19. Bar Kohen (23. Nuno Rodriqes, 58)
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 17. İssuf Paro
Baş məşqçi: Andrey Demçenko
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 19. Rüfət Abdullazadə (7. Rövlan Muradov, 73) 26. Stefan Aka 25. Enrike Kustodio 9. Davit Volkov (28. Leroy Mikels, 73) 10. Giorgi Papunaşvili (29. Ceyhun Nuriyev, 59) 30. Rikardo Martins 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın (11. Junior Martins, 59)
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 14. Elçin Əlicanov 20. İssa Cibrila 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Qeyd edək ki, turun qalan oyunları fevralın 28-də və martın 1-də keçiriləcək.












































































