Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku səhhətində danışıb.
Sportnet.az xəbər verir ki, 80 yaşlı mütəxəssis "Gazeta Sportiruror"a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Məşq öncəsi keçirilən texniki iclas zamanı onun huşunu itirdiyi bildirilmişdi. Təcrübəli mütəxəssisə ürək ritminin pozulması diaqnozu qoyulub.
Luçesku hazırkı vəziyyəti barədə danışaraq bunları deyib:
“Tam sağlamam, lakin hələ də bəzi müayinələrdən keçirəm, buna görə xəstəxanada qalıram”.
Xəstəxana nümayəndələri isə qeyd ediblər ki, pasiyent müşahidə və ixtisaslaşmış müalicə məqsədilə bir müddət daha tibb müəssisəsində saxlanılacaq.







































































