"Arsenal" yay transfer pəncərəsi üçün yeni həmlə etməyi planlaşdırır.
Sportnet.az xarici "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, "topçular" "Bayer"in hücumçusu Kristian Kofaneni heyətinə qatmaq istəyir.
19 yaşlı forvardla bir neçə ingilis klubu ilə yanaşı "Real Madrid" də maraqlanır.
Bundesliqa klubu kamerunlu futbolçu üçün 60-70 milyon avro tələb edir.
Qeyd edək ki, Kofane cari mövsüm "Bayer" forması ilə meydana çıxdığı 39 görüşdə 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.















































































