Bundesliqa təmsilçisi "Leypsiq" gənc futbolçusu Yan Diomande ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Sportnet.az xəbər verir ki, Almaniya klubu 19 yaşlı vingerlə nəzərdə tutulan sözləşmədə maaş artımı və sərbəstqalma bədəlinin olmamasını nəzərdə tutur.
Kot'd İvuarlı oyunçu ilə bir sıra Avropa nəhəngi maraqlanır.
"Leypsiq" onu ən azı 100 milyon avroya satmağı planlaşdırır.
Qeyd edək ki, Diomande cari mövsümdə meydanda olduğu 29 görüşdə 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.













































































