"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva yayda "Barselona"ya qoşula bilər.
Sportnet.az İngiltərə KİV-inə istinadən xəbər verir ki, mövsüm sonu "şəhərlilər"lə müqaviləsi başa çatan portuqaliyalı futbolçunun komandanı tərk etməsi artıq dəqiqdir.
Onun elçiləri arasında ən real namizəd məhz "Barselona"dır.
Kataloniya klubunun onu heç bir məbləğ ödəmədən heyətinə qatmaq şansının olması bu keçidin həyata keçməsini daha da asanlaşdırır.
Qeyd edək ki, 2017-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.













































































