"Əl Nəssr" Səudiyyə Ərəbistanı Pro Liqasında "Əl Nəcmə"ni 5:2 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, zədəsini yeni sağaldan Kriştianu Ronaldu bu matçda 2 dəfə fərqlənməyi bacardı.
Bununla da o, cari mövsümdə qol ehtiyatını 24-ə çatdırdı.
Qeyd edək ki, "Əl Nəssr 27 oyundan sonra turnir cədvəlinin vahid lideridir. Onlar ikinci yerdə olan "Əl Hilal"ı 6 xal üstələyirlər.











































































