İngiltərə Kubokunun 1/4 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, günün ilk görüşündə "Mançester Siti" "Etihad"da "Liverpul"u qəbul edib.
Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə "şəhərlilər" öz adını yarımfinala yazdırıb.












































































