"Real Madrid"in gələn mövsümün sonunda klubla müqaviləsi başa çatan hücumçusu Vinisius Junior klubla gələcəyinə aydınlıq gətirib.
Sportnet.az-ın xəbərinə görə, braziliyalı vinger açıqlamasında sözləşməsini yeniləyəcəyini bildirib.
O, prezident Florentino Perez və baş məşqçi Alvaro Arbeloa ilə münasibətinin yaxşı olduğunu, gələcəyini Madrid təmsilçisində gördüyünü vurğulayıb.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən Madrid "Real"ının şərəfini qoruyur.













































































