Azərbaycan Premyer Liqasında XXVI turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" "Sabah"ı qəbul edib.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:2.
Hesabı 7-ci dəqiqədə yerli komandadan Felipe Santos açıb. Cəmi 7 dəqiqə sonra Velko Simiç bərabərlik qolunu vurub. Bu, Simiçin Premyer Liqada 11-ci qolu olub.
26-cı dəqiqədə Hamidu Keyta "Araz-Naxçıvan"ı yenidən irəli çıxarıb. 37-ci dəqiqədə referi "Sabah"ın lehinə penalti təyin edib. Coy-Lens Mikels bu imkandan yararlanmağı bacarıb.
Mikels 62-ci dəqiqədə daha bir penalti vurmaq imkanı əldə edib. Onun zərbəsini "Araz-Naxçıvan"ın qapıçısı dəf etsə də, baş hakim belə qənaətə gəlib ki, zərbə vurulduğu vaxt qayda pozuntusu olub. Almaniyalı hücumçu təkrar zərbəni dəqiq yerinə yetirib. Son nöqtəni isə 81-ci dəqiqədə Kahim Parris vurub.
Beləliklə, xalını 65-ə çatdıran "Sabah" avrokuboklara vəsiqəni təmin edən ilk klub olub. Birinci yerdə gedən Masazır təmsilçisi yenə ən yaxın izləyicisi "Qarabağ"ı 10 xal qabaqlayır. Ağdam klubunun ehtiyatda "Neftçi"yə qarşı təxirə salınmış oyunu var. "Araz-Naxçıvan" isə 39 xalla 6-cıdır.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Qəbələ" səfərdə "Kəpəz"ə 2:0, "Neftçi" "Sumqayıt"a 3:1, "Qarabağ" evdə "Karvan-Yevlax"a 7:0 hesabı ilə qalib gəlib. Bu gün keçirilmiş "İmişli" - "Turan Tovuz" və "Zirə" - "Şamaxı" matçları isə eyni hesabla başa çatıb - 1:1.
---------------------
Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zirə" "Şamaxı"nı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Qarşılaşmanın ilk yarısında qol vurulmayıb.
İkinci hissə gərgin və maraqlı keçib. 52-ci dəqiqədə Dioqo Balau ayağa zərbəyə görə birbaşa qırmızı vərəqə alaraq, "Şamaxı"nı azlıqda qoyub.
65-ci dəqiqədə "Zirə"nin futbolçusu Ruan Renato penaltidən dəqiq yararlana bilməyib. Onun zərbəsi qapı dirəyinə tuş gəlib.
90+2-ci dəqiqədə isə "Şamaxı" bərabərlik qolunu vurmağa müvəffəq olub. Edqar Adilxanov qapı qarşısındakı qarışıqlıqdan yararlanaraq, topu "Zirə"nin qapısına göndərib.
Beləliklə, günün ikinci oyunu da eyni hesabla yekunlaşıb. "Turan Tovuz"un xal itkisindən yararlana bilməyən "Zirə" 43 xalla 4-cü, səfərdə önəmli xal qazanan "Şamaxı" isə 31 xalla 8-ci pillədə qərarlaşıb.
---------------------------
Azərbaycan Premyer Liqasında XXVI turun növbəti görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" "Turan Tovuz"la üz-üzə gəlib.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi matç heç-heçə ilə yekunlaşıb - 1:1.
Hesabı 45-ci dəqiqədə "İmişli"nin futbolçusu Dioqo Kardozu açıb. 53-cü dəqiqədə isə Ronaldo de Souza topu öz qapısına göndərib.
Beləliklə, xalını 23-ə çatdıran "İmişli" 9-cu, 49-cu xalını qazanan "Turan Tovuz" 3-cü pillədə qalıb.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXVI turuna yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə 3 matç baş tutacaq.
İlk görüş Quba İK-də "İmişli" ilə "Turan Tovuz" arasında baş tutur.
Görüşü Rəvan Həmzəzadə idarə edir.
Hazırda "Turan Tovuz" 48 xalla üçüncü, "İmişli" isə 22 xalla doqquzuncu pillədədir.
Tərəflərin üz-üzə gəlmə keçmişi elə bu mövsümdən başlayır. İlk görüşdə Tovuz təmsilçisi səfərdə 1:0 hesablı qalib gəlmişdi. İkinci matçda isə imişililər səfərdən qolsuz heç-heçə ilə qayıdıblar.
Tərəflərin son görüşlərinə baxsaq, meydan sahibləri 14 matçdır ki, qələbə üzünə həsrətdir. Onlar son qələbəsini "Neftçi" üzərində alıb - 3:2. Tovuzlularda isə vəziyyət daha yaxşıdır. Qərb təmsilçisi son 5 qarşılaşmadan 3 qələbə, 1 heç-heçə və eyni sayda da məğlubiyyətlə ayrılıb.
Günün ikinci matçı Zirə İK Stadionunda olacaq. Eyniadlı komanda "Şamaxı"nı qonaq edəcək.
Start fiti 17:15-də veriləcək görüşün baş hakimi Elçin Məsiyev olacaq.
Cütün son 5 duelində qəsəbə təmsilçisinin üstünlüyü var - 4 qələbə bir məğlubiyyət. Qolların nisbəti isə "Zirə"nin xeyrinədir - 11:5.
Bakı klubunun son 5 görüşü 3 qələbə, 1 heç-heçə və 1 məğıubiyyətlə başa çatıb. "Şamaxı"da isə vəziyyət daha pisdir. Onlar 2 məğlubiyyət, 2 heç-heçə və bir qalibiyyət əldə ediblər.
Turun son qarşılaşması isə Mərdəkanda olacaq. "Araz-Naxçıvan" lider "Sabah"ı qəbul edəcək.
Saat 19:00-da "Liv Bona Dea Arena"da başlanacaq matçın ədalət təmsilçisi Fərid Hacıyev olacaq.
Tərəflərin son 5 dueli Masazır təmsilçisinin 2 qələbəsi ilə yekunlaşıb, 3-ü isə heç-heçə ilə başa çatıb. Qolların nisbəti "Sabah"ın xeyrinədir - 10:6
Bakı klubu son 5 matçında 1 heç-heçə və 4 qələbəyə imza atıb. Naxçıvan təmsilçisinin isə 3 qələbəsi və 2 məğlubiyyəti var.
Azərbaycan Premyer Liqası, XXVI tur
7 aprel (çərşənbə axşamı)
15:00. "İmişli" - "Turan Tovuz" 1:1
Qollar: Dioqo Kardozu, 45 - Ronaldo de Souza, 53 (öz qapısına)
Sarı vərəqələr: Rafael Vieqaş, 84 (oyunun bərpasının ləngidilməsi); Dioqo Almeyda, 90+5 (qeyri-idman hərəkəti) // Roberto Olabe, 44 (qeyri-idman hərəkəti); Emmanuel Hakman, 68 (qeyri-idman hərəkəti); Alexandro Serrano, 90+7 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 7 dəq.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, İslam Məmmədov
VAR hakimi: Nicat İsmayıllı
AVAR hakimi: Müslüm Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Quba OİK Stadionu, 85 tamaşaçı
“İmişli”: 33. Andrey Sinenka (1. Hüseynəli Quliyev, 83) 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 44. Həzrət İsayev 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç (97. Xəzər Mahmudov, 83) 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 79. Dioqo Kardozu (21. Abbas Ağazadə, 66) 17. Ezekiel Morqan (6. Yau Mozes, 51)
Ehtiyat oyunçular: 70. Mehdi Tahirov 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov
Baş məşqçi: Jorj Kaşkilya
“Turan Tovuz”: 1. Oleq Baklov 88. Faiq Hacıyev (k) (29. Filip Ozobiç, 83) 6. Fərid Yusifli (17. Rəhim Sadıxov, 46) 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 9. Coş Cinnelli (11. Ayxan Hüseynov, 46) 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 99. İbrahima Vadji 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev
17:15 "Zirə" - "Şamaxı" - 1:1
Qollar: Leroy Mikels, 69 - Edqar Adilxanov, 90+2
Qırmızı vərəqə: Dioqo Balau, 53 (ciddi qayda pozuntusu)
İstifadə olunmamış penalti: Ruan Renato, 65 ("Zirə")
Sarı vərəqələr: Qismət Alıyev, 57 (hakimin qərarına etiraz); Anatoli Nuriyev, 60 (qeyri-idman hərəkəti) - Rüfət Abbasov, 41 (qeyri-idman hərəkəti); Karim Rossi, 77 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ayxan Abbasov, 54 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR hakimi: Rauf Cabbarov
AVAR hakimi: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə OİK Stadionu, 300 tamaşaçı
“Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov (32. Qismət Alıyev, 46) 4. Ruan Renato (k) 25. Enrike Kustodio (20. İssa Cibrila, 57) 28. Leroy Mikels 10. Giorgi Papunaşvili (29. Ceyhun Nuriyev, 88) 93. Brahim Konate (73. Anatoli Nuriyev, 57) 5. Ange Mutsinzi 11. Junior Martins (9. Davit Volkov, 57) 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 14. Elçin Əlicanov 26. Stefan Aka 30. Rikardo Martins 22. Eren Aydın
Məşqçi: Vüqar Məmməd
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev (80. Həbib İsmayılov, 89) 82. Rüfət Abbasov 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 83) 10. Andrey Tirkoveanu (7. Edqar Adilxanov, 70) 13. Rikardo Apolinario (27. Emil Süleymanov, 83) 11. Dioqo Balau 4. Sezar Enrike 88. Rodriqo Fernandeş (97. Oruc Məmmədov, 46) 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 3. Vladislav Veremeyev
Baş məşqçi: Ayxan Abbasov
19:30 "Araz--Naxçıvan" - "Sabah" - 2:4
Qollar: Felipe Santos, 7; Hamidu Keyta, 26 - Velko Simiç, 14; Coy Lens Mikels, 37 (p.); 62 (p.); Kahim Parris, 81
Sarı vərəqələr: Felipe Santos, 44 (hakimin qərarına etiraz); Hamidu Keyta, 61 (hakimin qərarına etiraz); Coşqun Diniyev, 70 (hakinin qərarına etiraz); Urfan Abbasov, 90+6 (qeyriidman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Andrey Demçenko, 69, oyundan sonra (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Andrey Demçenko, oyundan sonra
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmani, Rəşad Əhmədov
VAR hakimi: Tural Qurbanov
AVAR hakimi: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
"Liv Bona Dea Arena", 300 tamaşaçı
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 4. Rahil Məmmədov 24. Mustafa Əhmədzadə (8. Coşqun Diniyev, 85) 6. Patrik Andrade 17. İssuf Paro (34. Urfan Abbasov, 77) 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos (16. Ramon Maçado, 85) 11. Ba-Muaka Simakala (70. Şarl Boli, 77)
Ehtiyat oyunçular: 12. Kristian Avram 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 86. İbrahim Piriyev 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev (19. Aron Maluda, 46) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels (9. Xəyal Əliyev, 90+4) 21. Velko Simiç (70. Cesse Sekidika, 90+4) 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 11. Kahim Parris (99. Patrik Mbina, 82) 7. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 13. İvan Lepiniça 22. Zinedin Uld Xaled 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
Qeyd edək ki, növbəti tura 10 aprel tarixində start veriləcək.












































































