İngiltərə Premyer Liqası təmsilçisi "Arsenal" iki ciddi itki ilə üzləşib.
Sportnet.az-ın xəbərinə görə, "topçular" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərvəsində səfərdə "Sportinq"lə qarşılaşmaya Bukayo Saka və Yurien Timberin yoxluğu ilə çıxacaq.
Lakin Arteta bildirib ki, Deklan Rays, Qabriel Maqalhaeş və Leandro Trossard matçda iştirak edəcək.
Qeyd edək ki, "Sportinq" - "Arsenal" qarşılaşması bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.












































































